İdman
"Barselona"nın çətin "səfər"i: Bu matça "yüksək riskli oyun" statusu verildi
“Barselona” 2026-cı ilə İspaniya futbolunun ən gərgin qarşılaşmalarından biri ilə başlayacaq.
Publika.az xəbər verir ki, yanvarın 3-də “Espanyol”a qarşı keçiriləcək Kataloniya derbisi rəsmi olaraq "yüksək riskli oyun" elan edilib.
Bu qərar tamaşaçı təhlükəsizliyi və mümkün iğtişaşlarla bağlı narahatlıqlardan sonra İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüyə Qarşı Dövlət Komissiyasının Daimi Komissiyası tərəfindən qəbul olunub.
Son illərdə baş verən hadisələr bu derbiyə əlavə gərginlik qatıb. “Barselona”nın RCDE stadionunda çempionluğu qeyd etməsindən sonra meydançaya kütləvi hücumlar və əvvəlki derbilər zamanı yaşanan digər ciddi insidentlər vəziyyəti daha da həssas edib. Bu dəfə isə əlavə gərginlik yaradan məqam yayda qapıçı Joan Qarsiyanın “Espanyol”dan “Barselona”ya transfer olunmasıdır. Bu keçid ev sahibi azarkeşlərin ciddi narazılığına səbəb olub.
“Espanyol” klubundan təhlükəsizlik tədbirlərini xeyli gücləndirmək, giriş-çıxış nəzarətini sərtləşdirmək və bilet satışı ilə bağlı daha ciddi qaydalar tətbiq etmək tələb olunacaq. Həmçinin stadion daxilində “Barselona”ya aid simvollara qadağa qoyulacağı gözlənilir. Hər iki klub son dərəcə gərgin keçəcəyi ehtimal olunan oyuna hazırlaşır.
Heybət
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var







.jpg)































