FİFA bu gün ilin ən yaxşılarını açıqlayacaq
Bizi izləyin

İdman

FİFA bu gün ilin ən yaxşılarını açıqlayacaq

Bu gün FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbol mükafatlarının təqdim olunduğu "The Best"in (Ən Yaxşı) mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Səsvermədə milli komandaların kapitanları və məşqçiləri, jurnalistlər və azarkeşlər iştirak edirlər. Onlar həm kişilər, həm də qadınlar arasında ən yaxşı oyunçunu, məşqçini və ulduzlar komandasını, həmçinin ən yaxşı qapıçı və ən çox qol vuran futbolçunu seçəcəklər.

Bu, 2016-cı ildən bəri keçirilən onuncu “Ən Yaxşı” mükafatlandırma mərasimi olacaq. Lionel Messi hamıdan çox - 3 dəfə ən yaxşı futbolçu seçilib. Kriştiano Ronaldo və Robert Levandovski 2 dəfə, Luka Modriç və 2024-cü ilin qalibi Vinisius Yunior isə hər biri bir dəfə mükafata layiq görülüblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm