Ən cazibədar qadın jurnalist bu FOTOLARLA gündəm oldu
Bizi izləyin

İdman

Ən cazibədar qadın jurnalist bu FOTOLARLA gündəm oldu

Tanınmış italiyalı idman jurnalisti Diletta Leotta maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, 33 yaşlı teleaparıcı hamilə olduğunu əks etdirən fotoları izləyiciləri ilə bölüşüb.

Tez-tez dünyanın ən cazibədar futbol jurnalisti adlandırılan Leotta fotolarda zərif obrazlarda görüntülənib. Şəkillər qısa müddətdə azarkeşlər və həmkarları tərəfindən böyük maraqla qarşılanıb, şərh bölməsi təbrik mesajları ilə dolub.

Leottanın həyat yoldaşı “Şalke”də çıxış edən alman qapıçı Loris Kariusdur. Cütlük yaxın vaxtlarda rəsmi şəkildə ikinci övladlarını gözlədiklərini açıqlayıb. Onların 2023-cü ildə dünyaya gələn Ariya adlı qızları da var.

Diletta Leotta DAZN platformasında çalışaraq A Seriyasının oyunlarını mütəmadi işıqlandırmaqla İtaliya idman televiziyasının əsas simalarından biri olaraq qalır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm