Sosial
Vüqar Əhmədov Qobustanda vətəndaşlarla görüşdü
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qobustanda, Kənd Təsərrüfatı Nazirliyinin Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşüb.
Publika.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qobustan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
“Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif, tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Rəsmi xronika12:53İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



































.jpg)


