İdman
"Barselona"nın ulduzunun xanımı FİFA-ya üsyan etdi: Ədalətsizlik! - FOTOLAR
FİFA-nın “Barselona”nın vingeri Rafinyanı 2025-ci ilin simvolik yığmasına daxil etməməsi futbolçunun ailəsində ciddi narazılıqla qarşılanıb.
Publika.az xəbər verir ki, braziliyalı ulduzun həyat yoldaşı nəticələr açıqlanan kimi "Instagram"da dörd sərt hekayə paylaşıb və səsvermənin yekunlarını kəskin tənqid edib. O, emosiyalarını açıq şəkildə ifadə edərək diplomatik ifadələrdən çəkinməyib:
“Artıq bunu gizlətmirlər! 62 qol ötürməsi və qolu var... Amma o, ən yaxşı on birliyə layiq deyil?”
“ƏDALƏTSİZLİK!”
“Rafinya basketbolçudur, yoxsa nə?”
Bu paylaşımlarla o, həyat yoldaşının futbol nailiyyətlərinin heç bir obyektiv səbəb olmadan nəzərə alınmadığını vurğulayıb, Rafinya mövsüm ərzində 62 məhsuldar nəticə ilə seçilib və La Liqa ilə İspaniya Kubokunu qazanıb.
Futbolçunun özü isə vəziyyətə daha təmkinli yanaşıb. Rafinya stadion işıqları fonunda uzaqlara baxdığı bir foto paylaşıb və heç bir açıqlama yazmayıb. Azarkeşlər bunu FİFA-nın qərarına səssiz etiraz və məyusluq işarəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, "The Best" mükafatı üzrə səsvermədə Rafinyanı birinci yerə yalnız beş ölkənin milli komanda kapitanları – Cəbəllütariq, Seyşel adaları, Tonqa, Uqanda və Özbəkistan layiq görüb.
Xatırladaq ki, 2025-ci ilin ən yaxşı futbolçusu "The Best FIFA Football Awards" mərasimində PSJ-nin vingeri Usman Dembele seçilib. İlin simvolik yığmasına isə “Barselona”dan Pedri və Lamin Yamal daxil edilib, Rafinya isə namizədlər siyahısında qalıb.
Heybət

-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto














.jpg)













.jpg)






