Superkompüter açıqladı: Premyer Liqanın çempionu bu komanda olacaq - FOTOFAKT
Bizi izləyin

İdman

Superkompüter açıqladı: Premyer Liqanın çempionu bu komanda olacaq - FOTOFAKT

“Opta”nın superkompüteri 2025/26 mövsümü üzrə Premyer Liqanın yenilənmiş proqnozunu 16-cı turun ardından açıqlayıb.

Publika.az xəbər verir ki, mövsümün sonunda çempionluq üçün ən real namizəd “Arsenal” hesab olunur. London klubunun titul qazanma ehtimalı 67,82 faiz olaraq qiymətləndirilir. “Mançester Siti”nin şansı 23,05 faizdir, digər komandaların göstəriciləri isə xeyli aşağıdır.

Superkompüterin proqnozuna əsasən, “Mançester Siti”, “Aston Villa” və “Liverpul” mövsümü ilk dördlükdə başa vurmağa ən yaxın komandalar sayılır. “Çelsi”, “Kristal Pelas” və “Mançester Yunayted” Avropa kubokları zonası uğrunda mübarizə aparacaq. “Brayton”, “Tottenhem” və “Nyukasl”ın isə mövsümün ikinci yarısında yüksəlişə keçəcəyi gözlənilir.

Turnir cədvəlinin aşağı hissəsində vəziyyət daha dramatikdir. 16 turdan sonra cəmi iki xalı olan “Vulverhempton”un elitada qalmaq şansı demək olar ki, qalmayıb. “Börnli”nin də durumu ümidverici görünmür. Üçüncü liqadan düşəcək komanda üçün əsas namizədlər isə “Lids” və “Vest Hem” hesab olunur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm