Noyer 2014-ün ən yaxşı qapıçısıdır
Bizi izləyin

İdman

Noyer 2014-ün ən yaxşı qapıçısıdır

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2014-cü ilin ən yaxşı 10 qapıçısının adını açıqlayıb.

Publika.az xəbər verir ki, qurumun 60 ölkədən olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ötən ilin ən yaxşısı seçilib. O, 216 xal toplayıb.

Tibo Kurtua (Belçika, "Çelsi") ikinci, Keylor Navas (Kosta-Rika, "Real) üçüncü pillədə qərarlaşıb.

Ötən ilin ən yaxşı on qapıçısı aşağıda adları qeyd olunanlardır:

1. Manuel Noyer (Almaniya, "Bavariya") - 216 xal

2. Tibo Kurtua (Belçika, "Atletiko"/"Çelsi") - 96 xal

3. Keylor Navas (Kosta-Rika, "Levante"/"Real") - 46 xal

4. Canluici Buffon (İtaliya, "Yuventus") - 26 xal

5. Klaudio Bravo (Çili, "Real Sosyedad"/"Barselona") - 16 xal

6. Serxio Romero (Argentina, "Monako"/"Sampdoriya") - 14 xal

7. Qilyermo Oçoa (Meksika, "Ayaçço"/"Malaqa") 13 xal

8. Peter Çex (Çexiya, "Çelsi") - 4 xal

9. Huqo Lloris (Fransa, "Tottenhem") - 2 xal

10. Vinsent Enyeama (Nigeriya, "Lill") - 2 xal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm