"Barselona"nın ulduzunun problemi var: Oynamaya bilər
Bizi izləyin

İdman

"Barselona"nın ulduzunun problemi var: Oynamaya bilər

“Barselona”nın yarımmüdafiəçisi Pedri kiçik yüklənmə problemi ilə üzləşib.

Publika.az xəbər verir ki, bu səbəbdən onun bazar günü keçiriləcək La Liqa matçında “Vilyarreal”a qarşı oynayıb-oynamayacağı sual altındadır. İspaniyalı futbolçu bu gün qrup məşqində iştirak etməyib və tam bərpa olmaq üçün xüsusi reabilitasiya proqramı yerinə yetirib. Onun sabahkı məşqə qatılıb-qatılmayacağı matçda iştirakını müəyyən edəcək əsas amil olacaq.

23 yaşlı Pedri ötən ayın sonunda əzələ zədəsindən qayıdıb və Hansi Flik rəhbərliyindəki komandası üçün əhəmiyyətli rol oynayır. O, son 4 La Liqa oyununda 4 asist edib.

Əgər Pedri matça yetişməsə, Flik Erik Qarsiya, Frenkie de Yonq, Mark Bernal və Mark Kasado kimi oyunçulara güvənə bilər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm