İdman
İngiltərə nəhənginin azarkeşləri etiraz aksiyası keçirəcəklər: Tələbləri var
“Tottenhem” azarkeşləri şənbə günü “Vest Hem”ə qarşı ev oyunundan əvvəl etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Publika.az xəbər verir ki, azarkeşlər klubun hazırkı inkişaf istiqamətindən ciddi narazıdırlar.
Aksiyanın keçiriləcəyini "Change for Tottenham" adlı azarkeş qrupu elan edib. Qrupun açıqlamasında bildirilir ki, azarkeşlər arasında klub rəhbərliyinin transfer siyasəti, idman direktoru məsələsində qeyri-müəyyənlik, hər mövsüm davam edən zədə problemləri, meydandakı son nəticələr və çıxışlar, həmçinin yüksək bilet qiymətləri ilə bağlı artan narazılıq var.
Azarkeşlər hesab edirlər ki, yanvar transfer pəncərəsi dövründə etiraz aksiyasının keçirilməsi rəhbərlikdən konkret addımlar tələb etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Onların sözlərinə görə, əsas komanda və heyət ciddi investisiyaya ehtiyac duyur. Azarkeşlər xatırladır ki, Daniel Levi vəzifədən getdikdən sonra Lyuis Ailəsi Trasti, Vinai Venkateşam və Fabio Paratiçi ambisiyalı olacaqlarını və kubokları prioritet edəcəklərini bildirmişdilər. İndi isə azarkeşlərin tək istəyi bu vədlərin yerinə yetirilməsidir.
Bu etiraz Premyer Liqada turnir cədvəlinin orta sıralarında qərarlaşan, 2008-ci ildən bəri ölkə daxilində heç bir titul qazana bilməyən “Tottenhem”də artan narazılığın açıq göstəricisidir.
Heybət
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























