İdman
“Fənərbağça” 27 milyonluq transferə hazırlaşır
“Latsio”nun yarımmüdafiəçisi Matteo Genduzi klubunu dəyişə bilər.
Publika.az xəbər verir ki, fransalı futbolçuya Türkiyədən ciddi maraq var. Xüsusilə “Fənərbağça”nın onu dərhal Super Liqaya gətirməkdə israrlı olduğu bildirilir. Futbolçunun özü üçün də Avropa Liqasında çıxış perspektivi 2026-cı il dünya çempionatı ərəfəsində Fransa millisindən dəvət almaq baxımından əhəmiyyətli hesab olunur.
“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, İstanbul klubu “Latsio”ya 25 milyon avro əsas məbləğ və əlavə olaraq 2 milyon avro bonus təklif edib. Beləliklə, transferin ümumi dəyəri 27 milyon avro təşkil edir. Qeyd edək ki, “Latsio” Genduzini bir neçə il əvvəl 14 milyon avroya heyətinə qatmışdı.
Razılaşmanın tamamlanmağa yaxın olduğu bildirilir. Təklif olunan məbləğ təsdiqlənərsə, Roma klubu bu transferdən ciddi maliyyə qazancı əldə edəcək.
Matteo Genduzinin “Fənərbağça” ilə 2031-ci ilə qədər nəzərdə tutulan beş illik müqavilə imzalayacağı, mövsümə görə isə 4 milyon avro xalis maaş alacağı gözlənilir.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)





.jpg)



















