İdman
Ronaldo karyerasını bitirdikdən sonra bu villada yaşayacaq: 35 milyon qiyməti var - FOTOLAR
"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo futbolçu karyerasını bitirdikdən sonra Portuqaliyada 30 milyon funt sterlinq (34,7 milyon avro) dəyərindəki villaya köçməyi planlaşdırır.
Publika.az xəbər verir ki, Lissabonun 48 km uzaqlığında yerləşən eksklüziv sahil kurortunda inşa edilmiş bu lüks evin tikintisi artıq tamamlanıb. Futbolçunun malikanəsi ölkənin ən böyük və bahalı evlərindən biridir. Burada Ronaldonun avtomobil kolleksiyası üçün 12 milyon funt (13,8 milyon avro) dəyərində yeraltı dayanacaq nəzərdə tutulub. Səkkiz yataq otaqlı villanın tikintisi üç ildən uzun sürüb.
Villada nəhəng şüşə hovuz, intellektual istilik sistemi, idman zalı, daxili və açıq hovuzlar, masaj otağı və kinoteatr mövcuddur.
Kriştianonun beş övladı üçün oyun meydançası qurulub, o və nişanlısı Corcina isə şəxsi çimərlikdə istirahət edə bilərlər. Villada həmçinin təmiz qızıldan kranlar, italyan mərməri və xüsusi olaraq cütlük üçün hazırlanmış "Louis Vuitton" freskası da mövcuddur.
Qeyd edək ki, Ronaldo təhlükəsizliyi artırmaq məqsədilə yeni evinin yanındakı qolf sahəsini almağa çalışıb, lakin onun təklifi rədd edilib.
Heybət


-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)





.jpg)



















