İdman
Dəhşətli yanğında yaralananlar arasında futbolçu da olub: Sevgilisini xilas etmək üçün...
"Mets"in futbolçusu Tahiris Dos Santos İsveçrənin Kran-Montana kurortunda baş verən yanğın zamanı ağır yanıq xəsarətləri alıb.
Publika.az xəbər verir ki, bu barədə onun agenti məlumat verib.
Hadisə zamanı 19 yaşlı Dos Santos alov bürümüş "Le Constellation" barından çıxmağı bacarıb. Lakin sevgilisinin binanın içində qaldığını öyrəndikdən sonra tərəddüd etmədən yenidən içəri qayıdıb. Nəticədə futbolçu bədəninin təxminən 30 faizində yanıq xəsarətləri alıb.
Agent bildirib ki, oyunçunun vəziyyəti ağır olsa da, stabildir. Dos Santosun huşu yerindədir və müstəqil şəkildə nəfəs alır. Həkimlər bunu müsbət əlamət kimi qiymətləndirirlər. Hazırda o, Ştutqart şəhərində yerləşən ixtisaslaşmış yanıq mərkəzində müalicə alır. Futbolçunun sevgilisi də xəstəxanaya yerləşdirilib.
"Mets" klubu və futbolçunun yaxınları onun bərpa prosesində tam dəstək göstərirlər. Qeyd olunur ki, Dos Santosu yalnız fiziki deyil, eyni zamanda psixoloji baxımdan da çətin bərpa mərhələsi gözləyir.
Qeyd edək ki, Yeni İl günü Kran-Montanada baş verən yanğın nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)





.jpg)



















