İdman
Qarüstü polo üzrə Dünya Kuboku: Ölkəmizi “Land of Fire” təmsil edir - FOTO
15 yanvar 2026-cı il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.
Publika.az xəbər verir ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır.
İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur.
Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir.
Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley” komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır.
Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir.
Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir.
Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.
-
Dünya03:19Hörmüz boğazından təkcə onlar keçə biləcək
-
Magazin202:4421 yaşlı tiktokerin həzin sonu - Foto
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir xəbər planlarınızı dəyişəcək
-
Nida Təhlil 00:21ABŞ və İranın ağlasığmaz şərtləri: kim təslim olacaq?
-
Dünya25 Mart 22:32İran hədələdi: daha bir boğazı bağlayacağıq
-
Yaxın Şərq25 Mart 21:30İran Yaxın Şərqdəki bütün ABŞ bazalarının məhv edildiyini açıqladı - Komandirlər gizlənirlər, onları axtarırıq...
-
Magazin225 Mart 19:51"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Region25 Mart 17:50Bu, müharibə deməkdir! - Paşinyandan xalqa xəbərdarlıq


























.jpg)








