Bir telefon danışığı hər şeyi dəyişdi: Tramp Netanyahuya “yox” dedi
Bizi izləyin

Dünya

Bir telefon danışığı hər şeyi dəyişdi: Tramp Netanyahuya “yox” dedi

İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İran xalqına müraciət edərək onları hökumətə qarşı küçələrə çıxmağa çağırmaq niyyətində olub.

Publika.az xəbər verir ki, Axios bu planın son anda dayandırıldığını yazıb. Donald Tramp bu təşəbbüsün qarşısını kəsib. ABŞ rəsmiləri və İsrail mənbələrinin məlumatına görə, Tramp bu ideyanı həddindən artıq riskli hesab edərək onun reallaşdırılmasına imkan verməyib.

Məlumata əsasən, tərəflər arasında baş tutan telefon danışığı zamanı Tramp Netanyahuya sərt şəkildə etiraz edib.

O bildirib: “Cəhənnəm olsun, biz niyə insanlara küçələrə çıxmağı deməliyik ki, sonra da onları sadəcə güllələsinlər?” (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm