Keçmiş sevgilisi onu şantaj edir: Alimenti artırmasa…
Bizi izləyin

İdman

Keçmiş sevgilisi onu şantaj edir: Alimenti artırmasa…

“Dallas Mevrics”in hücumçusu Pi Cey Vaşinqtonun keçmiş sevgilisi Brittani Renner basketbolçunu onların ortaq övladı ilə bağlı qəyyumluq mübahisəsi və alimentin məbləği məsələsinə görə oyun zamanı məhkəmə sənədləri təqdim etməklə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə “Us Weekly” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Renner Vaşinqton onun uşağa qəyyumluq şərtləri ilə razılaşmayacağı təqdirdə, sənədləri NBA-nın müntəzəm çempionatında “Los-Anceles Leykers”lə matç zamanı təqdim etməyi planlaşdırıb.

Məlumata əsasən, Brittani Renner alimentin aylıq məbləğinin 5,5 min dollardan 35 min dollara qaldırılmasını tələb edir.

Pi Cey Vaşinqton bu mövsüm NBA-da indiyədək 31 oyunda iştirak edib. O, orta hesabla 14,6 xal toplayıb, 7,4 ribaund edib və 1,9 məhsuldar ötürmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm