Region
SENSASİON İDDİA: İran qitələrarası ballistik raket atdı, Sibirdəki HƏDƏFİ VURDU - VİDEO
İran 10 min kilometr mənzilli qitələrarası ballistik raketin (ICBM) ilk sınağını həyata keçirib.
Publika.az xəbər verir ki, iddialara görə, sınaq Semnan şəhəri yaxınlığında baş tutub və raket Rusiyanın razılığı ilə Sibirdə müəyyən edilmiş əraziyə yönəldilib.
Bu arada Atlaspress.news-in yaydığı məlumata əsasən, İranda bəzi yerli media orqanları ölkənin ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini iddia ediblər. Bildirilir ki, sınaq Rusiya hökuməti ilə koordinasiya şəraitində həyata keçirilib və raketin düşmə nöqtəsi Sibirin ərazilərindən biri olub.
Lakin yayılan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Sınağın texniki xüsusiyyətləri, eləcə də dəqiq vaxtı barədə əlavə detallar açıqlanmayıb.
İran və Rusiya rəsmiləri məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Qeyd olunur ki, İranla Sibir arasındakı məsafə təxminən 5 700 km-dir ki, bu da ICBM üçün qəbul edilən 5 500 km həddini aşır. İranla ABŞ arasındakı məsafə isə təxminən 10 min km təşkil edir.
Paylaşılan videoda isə daha əvvəl sınaqdan keçirilən “Sejjil” orta mənzilli ballistik raketinə bənzər görüntülərin əks olunduğu iddia edilir. (Musavat.com)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ12 Noyabr 19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var






































