Nida Xəbər
Daha bir ölkə Azərbaycana təşəkkür etdi
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi yardıma görə Azərbaycana minnətdarlığını bildirib.
Publika.az Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Yermek Koşerbayev İrandakı vəziyyətlə bağlı Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışığı aparıb. Azərbaycan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstan vətəndaşlarının İrandan evakuasiyasına köməklik göstərməyə hazır olduğunu bildirib.
Bildirilib ki, iki vətəndaşın müraciəti əsasında Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən İrandan Culfa (Naxçıvan) sərhəd-keçid məntəqəsi vasitəsilə giriş üçün operativ qaydada icazə alınıb. Hazırda İranda Qazaxıstanın 82 vətəndaşı var.
Nazirlik həmçinin vurğulayıb ki, təxliyə reyslərinin təşkili imkanları nəzərdən keçirilir və bu zaman üstünlük yaşlılara, qadınlara və uşaqlara veriləcək.
Qeyd edək ki, daha əvvəl Tehrandan 50 Qazaxıstan vətəndaşının çıxarılması təşkil edilib.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi









.jpg)




















.jpg)





