"Qəbələ" 4 qolla turun sensasiyasını reallaşdırdı
Bizi izləyin

İdman

"Qəbələ" 4 qolla turun sensasiyasını reallaşdırdı

Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu “Şamaxı” və “Qəbələ” komandaları arasında keçirilib.

Publika.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı 45-ci dəqiqədə Domi Massumo açıb.

“Qırmızı-qaralar” 46-cı dəqiqədə İsaak Amoahın qolu ilə fərqi artırıb. 81-ci dəqiqədə İsmael Akinade fərqi üçə çatdırıb. 90+4-də isə Fərid İsgəndərov yekun hesabı müəyyənləşdirib.

Bununla da “Qəbələ” xallarının sayını 11-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. “Şamaxı” 20 xalla səkkizincidir.

Qeyd edək ki, günün digər oyununda “Qarabağ” “Kəpəz”i qəbul edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm