ÇSKA “Fənərbağça”nı razı saldı: Aydınla müqavilə bağlandı
Bizi izləyin

İdman

ÇSKA “Fənərbağça”nı razı saldı: Aydınla müqavilə bağlandı

ÇSKA və “Fənərbağça” türk klubunun cinah yarımmüdafiəçisi Oğuz Aydının transferi ilə bağlı razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Mustafa Özgür Sancar sosial şəbəkədəki səhifəsində bildirib.

Futbolçunun artıq 3,5 illik müqavilə imzaladığı bildirilir. ÇSKA Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ilə transfer qeydiyyatı prosesini başa çatdırdıqdan sonra transfer rəsmiləşəcək.

Bu mövsüm futbolçu bütün yarışlarda 27 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, onun bazar dəyəri 10 milyon avrodur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm