Ronaldodan Corcinanın doğum gününə bahalı hədiyyə - FOTO
Bizi izləyin

İdman

Ronaldodan Corcinanın doğum gününə bahalı hədiyyə - FOTO

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçu nişanlısı Corcina Rodrigesin 32 yaşını dəbdəbəli şəkildə qeyd edərək ona sarı qızıldan hazırlanmış, qırmızı ombre siferblatlı və almazlı bezellə bəzədilmiş elit "Rolex Datejust 31" saatını hədiyyə edib. Mediada yayılan məlumata görə, bu modelin təxmini dəyəri 50-60 min dollar (54 min avrodan çox) təşkil edir.

Ronaldo paylaşımında Corcinaya "Ad günün mübarək, həyatımın qadını!", - deyə yazıb.

Qeyd edək ki, bu saatlar "Rolex" brendi tərəfindən 2019-cu ildə müasir dizaynda yenilənib və "Datejust" xəttinin ən effektli modellərindən biri hesab olunur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm