Levandovski Messinin rekordunu təkrarladı
Bizi izləyin

İdman

Levandovski Messinin rekordunu təkrarladı

“Barselona”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi göstəricisini təkrarlayıb.

Publika.az xəbər verir ki, bu barədə "365Scores! məlumat yayıb.

37 yaşlı polşalı hücumçu əsas mərhələnin son turunun “Kopenhagen”lə oyununda (4:1) qol vurub. Levansovski UEFA-nın ən nüfuzlu klub turnirində artıq 40-cı fərqli komandanın qapısına yol tapıb. Artıq o, bu göstəricidə Lionel Messi ilə birinci yeri bölüşür.

Bu reytinqdə üçüncü pillədə 38 fərqli klubun qapısına qol vurmuş portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo yer alır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm