İnfantinodan DÇ-2026-nın boykot edilməsi tələblərinə reaksiya: Niyə məhz futbol?
Bizi izləyin

İdman

İnfantinodan DÇ-2026-nın boykot edilməsi tələblərinə reaksiya: Niyə məhz futbol?

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının boykot edilməsi ilə bağlı təşəbbüsü tənqid edib.

Publika.az xəbər verir ki, funksioner turnirin ABŞ prezidenti Donald Trampın miqrasiya siyasəti və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən boykot olunması çağırışlarına cavab verib. İnfantino bildirib ki, nə biznes dairələrindən, nə də diplomatik səviyyədə boykotla bağlı çağırışlar səslənib:

"Niyə məhz futbol? Mən düşünürəm ki, bu qədər parçalanmış və aqressiv dünyada insanların futbola olan ehtirası bölüşərək bir araya gələ biləcəyi tədbirlərə ehtiyacımız var".

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm