Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
Bizi izləyin

Dünya

Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı

Polşa hərbi təyyarələri Rusiyanın fəaliyyəti səbəbilə havaya qaldırılıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin "X" sosial media platformasında məlumat paylaşılıb.

Bildirilib ki, hərbi təyyarələr Polşa hava məkanında fəaliyyətə başlayıb.

"Qırıcı təyyarələr və erkən xəbərdarlıq təyyarəsi havaya qalxdı, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri isə yüksək hazırlıq vəziyyətinə gətirildi", - deyə qeyd olunub.

Hərbçilərin sözlərinə görə, bu tədbirlər profilaktik xarakter daşıyır və "həssas ərazilər"lə həmsərhəd bölgələrdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm