Ərdoğan bu iki ölkəyə gedir
Bizi izləyin

Dünya

Ərdoğan bu iki ölkəyə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına, sabah isə Misirə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin direktoru Burhanəddin Duran sosial media hesabında bəyanat yayıb.

O bildirib ki, Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyadda görüşlər keçirəcək. Görüşlər zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə addımlar, eləcə də regional və qlobal hadisələr müzakirə ediləcək.

“Prezidentimiz Ər-Riyada səfərindən sonra Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə 4 fevral 2026-cı ildə Qahirəyə səfər edəcək. Səfər çərçivəsində Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına misirli həmkarı ilə birgə həmsədrlik edəcək. Prezidentin səfər zamanı Türkiyə-Misir Biznes Forumunda da iştirakı planlaşdırılır”, - deyə Burhanəddin Duran bildirib.

Onun sözlərinə görə, Misir səfəri zamanı, həmçinin ikitərəfli gündəmdəki məsələlərin müzakirəsi, eləcə də regional və beynəlxalq inkişaflar, xüsusən də Fələstinlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm