İdman
"Qarabağ"ın rəqibi transfer etməyə pul tapmayıb?
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın baş məşqçi Eddi Hau qış transfer pəncərəsində klubun yeni futbolçu almamasına münasibət bildirib.
Publika.az xəbər verir ki, mütəxəssis klubun maliyyə baxımından məhdud büdcəyə malik olduğunu deyib. Onun sözlərinə görə, “Nyukasl”a müdafiə xəttinə dərhal və münasib qiymətə güclənmə lazım idi, lakin gəlib komandaya dərhal və zəmanətli şəkildə fayda verəcək oyunçu tapılmayıb.
“Vəziyyət nədirsə, odur. Biz çoxdan belə şəraitdə işləməyə öyrəşmişik. Məhdudiyyətlər altındayıq və yay transfer pəncərəsini gözləməyə qərar verdik. Yayda futbolçu transfer etmək daha asan olur və qiymət-keyfiyyət nisbəti də daha sərfəlidir”, - deyə Hau açıqlamasında bildirib.
24 turdan sonra “Nyukasl” İngiltərə Premyer Liqasının turnir cədvəlində 33 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ÇL-in pley-off mərhələsinin ilk oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq. Fevralın 24-də İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Heybət
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto












.jpg)


















