İdman
Tarix yazan futbolçunun rus gözəli - Fotolar
2025-ci ildə “Bude-Qlimt” ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsini keçərək Avropanın əsas klub turnirinin liqa mərhələsinə yüksəldi. Və sonra komanda daha bir tarix yazaraq playoff-a çıxdı. Son iki oyunda komanda “Mançester Siti” və “Atletiko”ya qalib gələrək sensassiyaya imza atdı.
Çempionlar Liqasında “Bude-Qlimt”in ən yaxşı oyunçularından biri qapıçı Nikita Haykin oldu. Və maraqlısı odur ki, onun üçün tribunada ən həyəcanla azarkeşlik edən şəxs həyat yoldaşı Tanya idi!

Tanya Loevik Norveçdə rusdilli ailədə anadan olub. "Instagram" hesabında onun profilinə baxdıqda, model işi ilə məşğul olduğu və səyahət etməyi sevdiyi görünür. Fransa, Tailand, Niderland, İspaniya, Polşa, İtaliya, Monako, İngiltərə, BƏƏ, ABŞ – bunlar son bir neçə ildə paylaşdığı şəkillərin yalnız qismən siyahısıdır.

Nikita Tanya ilə İsraildən Norveçə köçdükdən sonra tanış olub. O zaman Haykin “Hapoel Kfar-Sava” klubunda oynayırdı və 2019-cu ilin martında “Bude-Qlimt” ilə müqavilə imzalayıb.
Cütlük təxminən 2021-ci ilin baharından birlikdədir. İlk birgə şəkilləri də həmin dövrə aiddir. O vaxta qədər Haykin artıq Norveç çempionu olmuş və Avrokuboklarda debüt üçün hazırlaşırdı.

2024-cü ilin iyununda Nikita Tanyaya evlilik təklif edib. “Ən yaxşı dostum, ruh əkizim, sevgim. Hə!” – deyə sevgilisi bu sevincli xəbəri izləyiciləri ilə bölüşüb. Bir il sonra aşiq cütlük rəsmi olaraq münasibətlərini qeyd edib. Toy mərasimi Fransanın Lazurol sahilində baş tutub. Nikita tədbir zamanı hətta göz yaşlarını saxlaya bilməyib!
Beləliklə, İsraildən Norveçə köç edən Haykin həm ölkə çempionu olmaq, Avrokuboklarda parlaq çıxış etmək, həm də həyat yoldaşını tapmaq baxımından ideal seçim edib.













-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)



















