İdman
Ronaldo ilə Messi bir komandada: Bekhem sensasion planı reallaşdıra bilər?
“İnter Mayami”nin həmsahiblərindən biri olan Devid Bekhem Lionel Messi və Kriştiano Ronaldonun eyni klubda birləşə biləcəyi potensial ssenaridə əsas fiqura çevrilə bilər.
Publika.az xəbər verir ki, portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə gərgin münasibətləri fonunda onun MLS-ə mümkün keçidi ilə bağlı müzakirələr yenidən aktuallaşıb.
Məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasındakı vəziyyətdən, xüsusilə idarəetmə yanaşmasından və transfer siyasətindən narazıdır. Bu fonda 40 yaşlı hücumçunun “Əl-Nəsr”dən ayrılaraq karyerasında yeni çağırış axtara biləcəyi ilə bağlı söz-söhbətlər yayılır. Variantlardan biri kimi MLS göstərilir. Hazırda onun uzun illərdir rəqibi olan Lionel Messi də bu liqada çıxış edir.
MLS-in sabiq futbolçusu Rob Ernşou GOAL-a açıqlamasında məhz “İnter Mayami”nin belə bir birlik üçün ən real variant olduğunu bildirib və Devid Bekhemin nəzəri cəhətdən bunu mümkün edə biləcək şəxs olduğunu vurğulayıb. Bununla yanaşı, Ernşou Messi və Ronaldonun klub səviyyəsində nə vaxtsa birlikdə oynayacağına şübhə ilə yanaşıb və hər iki futbolçunun dominant lider statusuna diqqət çəkib.
Digər ekspertlər də iki ulduzun bir komandada çıxış etməsi ideyasına skeptik yanaşırlar. Xüsusilə qeyd olunur ki, “İnter Mayami” artıq Messi ilə assosiasiya olunur və bu, Ronaldonu çəkindirən amil ola bilər. Bununla belə, “Mançester Yunayted”in və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kleberson bildirib ki, Messi və Ronaldonun eyni komandada çıxış etməsi ABŞ-da əsl ajiotaj yarada bilər.
Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilə qədərdir, lakin əməkdaşlığın vaxtından əvvəl başa çata biləcəyi ilə bağlı ehtimallar getdikcə artır. Messinin “İnter Mayami” ilə sözləşməsi 2028-ci ilin sonuna qədər qüvvədədir.
Heybət
-
Sosial14:18Pensiya artımları nə vaxt ödəniləcək? - RƏSMİ AÇIQLAMA
-
Region13:26İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq
-
İdman13:07Tarix yazan futbolçunun rus gözəli - Fotolar
-
Region13:00İrəvanda çeçen qadını öldürənlərin adları açıqlandı
-
Dünya12:42Epşteynin son anlarından şok görüntülər - Fotolar
-
Rəsmi xronika12:11Azərbaycanla Ermənistan razılığa gəldi
-
Rəsmi xronika12:02Əliyevlə Paşinyan Əbu-Dabidə görüşdü - Video/Yeniləndi
-
Dünya11:22“Körpəmi 10 dəqiqə sonra əlimdən aldılar” - Epşteyn görün nə planlaşdırırmış





































