Region
İrəvanda çeçen qadını öldürənlərin adları açıqlandı
Ermənistan İstintaq Komitəsi İrəvanda məişət zorakılığından qaçan 23 yaşlı çeçen qadın Ayşat Baymuradovanın qətlində şübhəli bilinənlərin adlarını açıqlayıb.
Publika.az xəbər verir ki, komitə bu barədə xarici medianın sorğularına cavab olaraq məlumat yayıb.
Müstəntiqlər Karina İminova və Səid-Xəmzət Baysarovun cinayətdə iştirak etdiyinə inanırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxsin göstərişi ilə hərəkət etdiyinə əmindirlər.
Dekabrın 1-də Ermənistan müstəntiqləri İnterpol vasitəsilə beynəlxalq axtarış sorğusu göndəriblər.
Ayşat Baymuradovanın cəsədi 20 oktyabr 2025-ci ildə İrəvandakı mənzilində tapılıb. Meyitin autopsiyasına görə, ölümün ən çox ehtimal olunan səbəbi mexaniki asfiksiya olub, lakin bu, qəti şəkildə müəyyən edilə bilməyib.
Zərərçəkmişdə həmçinin küt travma və üz dərisinin zədələnməsi nəticəsində çoxsaylı qanaxmalar olub ki, bunlar da yüksək temperatura məruz qalma nəticəsində yarana bilər.
Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































