İdman
Olimpiada öncəsi onların norovirus testi müsbət çıxdı: Bütün tədbirlər ləğv edildi
Olimpiya turniri başlamazdan əvvəl Finlandiyanın xokkey yığmasının dörd üzvünün norovirus testi müsbət çıxıb.
Publika.az xəbər verir ki, “İltalehti”nin verdiyi məlumata görə, çərşənbə günü Finlandiya milli komandasının iştirak etdiyi bütün tədbirlər, o cümlədən məşq və mətbuat konfransları ləğv edilib.
Komandanın baş həkimi Maarit Valtonen bildirib ki, xəstələr və onların otaq yoldaşları Olimpiya Kəndindəki otaqlarında təcrid olunublar və xəstəliyin yayılmasının qarşısını almaq üçün oradakı və buz meydançasındakı bütün komanda obyektləri dezinfeksiya edilir. Hələlik bütün təmaslardan çəkinilir.
Qrup mərhələsində Finlandiya Kanada, ABŞ, Çexiya və İsveçrə ilə oynayacaq. Finlandiyanın qadın xokkey komandası ilk oyununu 5 fevralda Kanadaya qarşı keçirəcək.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var


































