Bu ölkənin futbolunda zəlzələ: 13 klub cəzalandırıldı
Bizi izləyin

İdman

Bu ölkənin futbolunda zəlzələ: 13 klub cəzalandırıldı

Çin Futbol Assosiasiyası danışılmış oyunlar, mərc və korrupsiya ilə bağlı aparılan araşdırmalardan sonra 13 peşəkar kluba sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu klublardan 9-u yeni Çin Superliqası mövsümünə mənfi xalla başlayacaq.

Ən sərt cəzalar “Şanxay Şenhua” və “Tyanjin Cinmen Tayqer” klublarına verilib. Hər iki komanda mövsümə -10 xalla start götürəcək. “Şanxay Port”, “Pekin Qoan”, “Şandun Tayşan” və bir sıra digər klublar da cəzalandırılıb. Maliyyə sanksiyaları 200 min yuandan (49 min manat) 1 milyon yuana qədər (245 min manat) dəyişir.

Bununla yanaşı, 73 nəfərə ömürlük futboldan uzaqlaşdırma cəzası verilib. Onların arasında artıq həbs cəzası çəkən Çin milli komandasının sabiq baş məşqçisi Li Tie də var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm