Tahir Gözəl "Neftçi"dən danışdı: Daim təmasdayıq, xahiş edirik ki... - VİDEO
Bizi izləyin

İdman

Tahir Gözəl "Neftçi"dən danışdı: Daim təmasdayıq, xahiş edirik ki... - VİDEO

“Qarabağ”ın prezidenti Tahir Gözəl "Neftçi" ilə Azərbaycan Premyer Liqasının 21-ci tur oyunu barədə danışıb.

Publika.az xəbər verir ki, AzTV-yə açıqlama verən Ağdam klubunun rəhbəri Bakı təmsilçisi ilə səfərdə oynayacaqları matçının təxirə salınmasını istədiklərini bildirib:

“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.

Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, fevralın 21-də "Neftçi" ilə qarşılaşacaq. Ayın 24-də isə “Qarabağ”ı İngiltərə səfəri gözləyir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm