Sosial
Zakir Həsənov İran müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə görüşdü - VİDEO
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.
Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
-
Sosial17:50Baş nazirdən benzinlə bağlı qərar - Bu tarixdə qüvvəyə minəcək
-
Dünya16:36Epşteynin bütün sərvəti məlum oldu - Siyahı
-
ABŞ15:52Bayden bu tarixdə ölüb: Epşteyn sənədlərində görün nə yazılıb - Şok iddia
-
Maraq dünyası15:26Bu dəfə Günəşin əks bölgəsində güclü partlayış oldu: Yerə tərəf dönərkən...
-
Avropa13:06Yay tətili və dərs günləri azaldılır: Prezidentdən tövsiyə
-
MDB11:48Moskvada general güllələndi: "Vaqner"ə qarşı çıxmışdı
-
Nida Xəbər 11:27Bakıda müəllimin güllələndiyi "İdrak" liseyi görün kimindir - Foto
-
Dünya11:12Baş nazirin videosu "YouTube"u partlatdı - Ölkə əhalisinin sayından çox baxış









.jpg)

.jpg)


























