İdman
Bu da Ronaldonun məşhurlaşan baldızı: Görün Kriştiano haqda nə deyir - FOTOLAR
Artıq sosial şəbəkələrin yeni yeni bir qəhrəmanı var. Söhbət ulduz futbolçu Kriştiano Ronaldunun nişanlısı Corcinanın bacısı - İvana Rodriqesdən gedir.
Publika.az xəbər verir ki, o, müasir dövrdə influenser adlandırılan insanların tipik nümunəsidir. Onun “Instagram”da 833 min izləyicisi var və bu platforma vasitəsilə dəbli və ya o qədər də tanınmayan brendlərin reklamını edir, müxtəlif tədbirləri təşviq edir.

Təbii ki, İvana 2022-ci ildə başlayan və 2024-cü ilə qədər davam edən "Netflix"-in “Mən – Corcinayam” realiti-serialında da iştirak edib. Düzdür, son seriyalarda o artıq görünmürdü və media bacıların nəyəsə görə mübahisə edib sosial şəbəkələrdə bir-birini blokladığı barədə şayiələr yaymışdı. Bu isə tamamilə əsassızdır. Sosial şəbəkələrə baxmaq kifayətdir ki, onların birgə fotolarını görəsən.
İvana 2018-ci ildən Karlos Qarsiya ilə münasibətdədir, 2021-ci ildə isə cütlüyün bir qızı dünyaya gəlib.

Ailələr tez-tez birlikdə vaxt keçirir. İvananın Corcina və Kriştianonun uşaqları ilə çoxsaylı fotoları var. Rodriges bacıları birlikdə böyük futbol turnirlərinə də yollanırlar. Portuqaliya millisinin və şəxsən Ronaldunun azarkeşi kimi oyunları izləyirlər. İvana 2022-ci ildə Qətərdə, 2024-cü ildə isə Almaniyada olub və böyük ehtimalla 2026-cı ilin yayında Şimali Amerikaya da gedəcək.

“Biz onunla çox şanslıyıq, o, əsl qürurdur. Onunla bir süfrə arxasında oturanda sadəcə düşünürəm: "Qoy danışmağa davam etsin, çünki istəyirəm ki, bütün bu biliklər beynimə hopsun". Bir də hamının danışdığı başqa bir obraz var – böyük futbolçu və böyük idmançı”, – deyə İvana Rodriges Portuqaliya millisinin kapitanı barədə fikirlərini bölüşüb.
Baldızının Kriştiano barədə dediklərini nəzərə alsaq, Portuqaliyanın 2026-cı il dünya çempionatındakı mümkün qələbəsini öz qələbəsi kimi qəbul edəcək. Yəqin ki, argetninalı olması buna mane olmayacaq.

















-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)




















