Sosial
Bakıda məşhur restoran söküləcək - FOTO
Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Publika.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan “Nargilə” kafesi də var.
Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.
Sakinlər bildirirlər ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilib-ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunub-olunmayacaqları barədə xəbərləri var.
Elə ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları da söküntü işləri ilə bağlı onlarla hələ rəsmi danışığa başlanılmadığını dilə gətirdilər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.
Daha ətraflı videoda:
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc








.jpg)



























