İdman
"Real"ın əvəzedilməz futbolçusunun sirli sevgilisi - FOTOLAR
“Real”ın bu mövsüm əvəzedilməz futbolçularından biri də Orelien Tçuamenidir. La Liqada cəmi üç oyunu buraxıb. Onlardan ikisi zədə səbəbindən olub. Çempionlar Liqasında isə bütün matçlarda iştirak edib. Dayaq yarımmüdafiəçisinin 2026-cı il dünya çempionatına yollanacağına da, demək olar ki, heç bir şübhə yoxdur.
Publika.az xəbər verir ki, hətta onu dünyanın ən yaxşı futbolçusu hesab edən bir nəfər də var. Tanış olun, bu, ftransalı futbolçunun sevgilisi Süzettedir.

Orelien və Süzettin münasibətləri 2024-cü ilin sonlarında, Madriddə küçələrdə gəzən cütlük görüldükdən sonra ictimailəşmişdi. Ümumiyyətlə, onlar münasibətlərini nümayiş etdirməyi sevmirlər. Sosial şəbəkələrdə də sakitlik hökm sürür. Cəmi beş-altı birgə fotoları var.
Süzett barədə demək olar ki, çox az məlumat var. O, amerikalıdır. "İnstaqram" hesabı olduqca sadədir. Cəmi 15 paylaşımı və 34 min izləyicisi var. Başqa informasiya əldə etmək mümkün deyil.

O, tez-tez “Santyaqo Bernabeu” stadionunda görünür. Aydındır ki, stadiona səbəbsiz gəlmir. Süzett sevdiyi futbolçu üçün tribunada yer alır.
Yeri gəlmişkən, yarımmüdafiəçi “Real”ın heyətində son qolunu 26 aprel 2025-ci ildə İspaniya Kubokunun finalında “Barselona”nın qapısına vurub. Süzett həmin vaxt da Sevilyadakı arenada Tçuameniyə dəstək olmuşdu.








-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)



















