Qurban Qurbanov Nərimanın ABŞ-a transferindən danışdı
Bizi izləyin

İdman

Qurban Qurbanov Nərimanın ABŞ-a transferindən danışdı

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Şamaxı” - “Qarabağ” (1:2) matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq komandanı tək buraxmırlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə "Şamaxı" bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq bunu bacardıq. Son saniyələrdə topa nəzarət olunaraq qol vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Sizcə, Nəriman Axundzadənin transferi sağlam ayrılıqdır?

- Danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq. Qərar tam verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var.

- Getməyini istəyirsiniz, yoxsa qalmağını?

- Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq.

- "İmişli" ilə matçın keçiriləcəyi Quba şəhər stadionunun ot örtüyü bərbaddır. İlk dövrədə həmin oyunun keçiriləcəyi meydanın dəyişdirilməsi üçün müraciət etmişdiniz. Yenə belə bir fikriniz var?

- Yəqin ki, daha razılaşmazlar (gülür). İlk dəfə üçün sağ olsunlar, qəbul etdilər. Yenə Bakıda oynasaydıq, yaxşı olardı. Amma söz-söhbətlər böyüyür, böyük ehtimalla Qubaya gedəcəyik.

- Bəhlul Mustafazadənin Çinə getməməsində sizin nə dərəcədə rolunuz oldu?

- Orada bir neçə detallar oldu. Onun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm