İdman
Ukraynalı futbolçular üçün inqilabi qərar: Top liqalarda legioner sayılmayacaq
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko ukraynalı futbolçuların Avropadakı statusu ilə bağlı şərh verib.
Publika.az xəbər verir ki, UAF-ın rəsmi saytında Şevçenkonun sözləri sitat gətirilib.
“Məlum olduğu kimi, əksər Avropa ölkələri ukraynalı futbolçulara kvota tətbiq edir. Komandamız bunu aradan qaldırmaq üçün hüquqi arqumentlər və sübutlar toplayıb. Biz assosiasiyalarla əlaqə saxlayaraq Ukrayna ilə AB arasında Assosiasiya Sazişinin müddəalarına (17-ci maddə) əsasən, bu cür məhdudiyyətlərin ayrı-seçkilik təşkil etdiyini izah etdik. Biz bu ölkələrin daxili qaydalarının yenidən nəzərdən keçirilməsini təklif etdik.
Danışıqlardan sonra İspaniya, Fransa, Niderland və Almaniya ilə müsbət qərarlar qəbul etdik. Digər assosiasiyalarla danışıqlar davam edir. Ukraynalı idmançıların tam Avropa inteqrasiyası və yarışlara bərabər çıxış hüququ var”, - deyə o qeyd edib.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın




































