İdman
Fikri qətidir: 100 milyonluq təklif belə qərarını dəyişməyəcək
Amerikalı boksçu Terence Crawford peşəkar rinqə qayıtmaq ideyasını qəti şəkildə rədd edib.
Publika.az xəbər verir ki, World Boxing News (WBN) nəşrinin məlumatına görə, “ovçu” ləqəbli boksçu bildirib ki, məşq toplanışı onun üçün döyüşün özündən daha ağır keçir. Buna görə də o, yenidən hazırlıq prosesinin fiziki və psixoloji yükünü yaşamaq istəmir.
Mənbənin yazdığına görə, hətta 100 milyon dollarlıq təklif belə Kroufordu qərarından döndərə bilməz.
Bu mövqe onun Saúl Álvarez (Kanelo) ilə revanş keçirmək ehtimalını minimuma endirir. Halbuki daha əvvəl meksikalı boksçu ikinci döyüşün keçiriləcəyinə əminlik ifadə etmişdi.
Xatırladaq ki, Krouford 2025-ci ilin sentyabrında baş tutan qarşılaşmada Alvaresi hakimlərin yekdil qərarı ilə (116:112 və iki dəfə 115:113) məğlub edib. Amerikalı rəqibinin kəmərlərini əlindən alaraq tarixdə üç fərqli çəki dərəcəsində mütləq dünya çempionu olan ilk boksçuya çevrilib.
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var


































