“Real”ın ulduzu yayda ərəblərdən sərfəli təklif alacaq
Bizi izləyin

İdman

“Real”ın ulduzu yayda ərəblərdən sərfəli təklif alacaq

Yarımmüdafiəçi Eduardo Kamavinqa yay transfer pəncərəsində “Real”dan ayrıla bilər.

Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu cari mövsümdə start heyətində nadir hallarda yer alır və bu səbəbdən onun mümkün gedişi ilə bağlı şayiələr güclənib. İnsayder Ekrem Konurun məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalıya yayda çox sərfəli müqavilə təklif etməyə hazırdır.

Vəziyyəti həmçinin “Çelsi, “Liverpul” və “Arsenal” klubları da izləyir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kamavinqanın bazar dəyəri 50 milyon avrodur. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm