Nida Təhlil
Fransa telekanalı niyə separatçılarla bağlı sual verdi? – Əliyevin tutarlı cavabı
Münhendə Prezident İlham Əliyevdən müsahibə alan “France-24” telekanalının separatçılara verilən cəza ilə bağlı sualı məqsədyönlü xarakter daşıyır.
- Beynəlxalq diqqəti həbs olunan separatçıların üzərinə yönəltmək və onların azad edilməsi tələbini formalaşdırmaq;
- Prezidentin əfv səlahiyyətinin separatçılara şamil edilməsinin mümkünlüyünü gündəmə gətirmək: məhkəmə hökmü olduğu üçün görünür, erməni diasporu/lobbisi əfv ehtimalı üzərində düşünürlər;
Prezident İlham Əliyev cavabında separatçılarla bağlı məhkəmə hökmünün qərarının dəyişməcəyini, əfv ehtimalının da mümkün olmadığını bəyan etdi. Əsas məqam Prezidentin separatçılarla bağlı məhkəmə prosesini nasistlərin mühakimə olunduğu Nürnberq prosesi ilə eyniləşdirməsi, hətta azərbaycanlılara qarşı törədilən cinayətlərin daha dəhşətli olduğunu qeyd etməsi idi. Bu, erməni lobbisinin rəyini formalaşdırmağa çalışdığı beynəlxalq ictimaiyyətə separatçıların nasistlər qədər cani olduğunu çatdırmaq və Azərbaycanla empati qurmağa dəvət etmək məqsədi daşıyır. Separatçıların azad olunması xahişi Nürnberqdə ölüm hökmü çıxarılan nasistlərin iki aydan sonra əfv edilməsi ilə eyni şeydir.
Prezidentin müsahibədə dediklərindən aydın olur ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Bakıda separatçıların azad edilməsi məsələsini qaldırsa da, rəsmi Bakının prinsipial mövqeyi dəyişməyib.
Asif Nərimanlı
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə































