NATO, demokratiya və həmrəylik... - Zaxarovadan Merts-Tramp münasibətlərinə istehza
Bizi izləyin

Dünya

NATO, demokratiya və həmrəylik... - Zaxarovadan Merts-Tramp münasibətlərinə istehza

NATO, demokratiya və həmrəylik... - Zaxarovadan Merts-Tramp münasibətlərinə istehza

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Fridrix Mertsin ABŞ prezidenti Donald Trampla ünsiyyətdə çətinlik yaşadığını deməsinə istehzalı reaksiya verib.

Publika.az xəbər verir ki, diplomat “Telegram” kanalında paylaşdığı postda “DSN” abreviaturasını ironik şəkildə “demokratiya, həmrəylik (rus dilində solidarnost-red.) və NATO” kimi şərh edib.

“D - demokratiya, S - həmrəylik, N - NATO, yaxşı, nə gözləyirdin?”, - deyə Zaxarova yazıb.

Bununla o, Qərb ölkələrinin tez-tez səsləndirdiyi dəyərlərlə real siyasət arasında ziddiyyət olduğunu vurğulayıb.

Bundan əvvəl Fridrix Merts İspaniyanın ABC nəşrinə müsahibəsində Donald Trampın prezident olduğu dövrdə Almaniya hökumətinə rəhbərlik etməyin çətin olduğunu etiraf edib. Jurnalistin bununla bağlı sualını cavablandıran kansler problemlərin mövcudluğunu təsdiqləyib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Mertsi İranın nüvə proqramı ilə bağlı mövqeyinə görə də tənqid etmişdi. ABŞ lideri Almaniya kanslerinin mövzudan kifayət qədər məlumatlı olmadığını, xüsusilə Tehranın nüvə silahına sahib olub-olmaması məsələsini anlamadığını bildirmişdi.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm