FİFA narahatdır: DÇ-2026-ya maraq yoxdur
Bizi izləyin

İdman

FİFA narahatdır: DÇ-2026-ya maraq yoxdur

FİFA 2026-cı il futbol üzrə dünya çempionatına marağın aşağı olması ilə bağlı ciddi narahatlıq keçirir.

Publika.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.

Turnirdə ilk dəfə 48 komandanın iştirak edəcəyinə baxmayaraq, təşkilat aşağı marağın səbəblərini izah etməkdə çətinlik çəkir.

Hazırda bir çox biletlər hələ də satılmayıb və bu vəziyyət FİFA rəhbərliyində suallar doğurur. Turnirin başlamasına cəmi 4 ay qaldığı halda, tədbirin miqyası azarkeşlərin və tamaşaçıların gözlənilən maraq səviyyəsinə uyğun gəlmir.

Dünya çempionatı 11 iyun–19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm