Dünya
Epşteynin uğursuz çevriliş planı - Türkiyə mane oldu
ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteynlə bağlı yayılan sənədlərdə 2017-ci il üçün planlaşdırıldığı iddia edilən hərbi müdaxilənin Türkiyənin iştirakı səbəbindən təxirə salındığı bildirilib.
Publika.az xəbər verir ki, fayllardakı yazışmalarda Qətərdə planlaşdırılan hərbi çevriliş cəhdi ilə bağlı ifadələr yer alıb.
Sənədlərə əsasən, Epşteyn Anas Al-rasheed adlı şəxsə göndərdiyi bir e-poçtda Türkiyənin plandan xəbərdar olduğunu yazıb.
"Türklərin iştirakı ilə hərbi variantın artıq mümkün olduğunu düşünmürəm. Məhəmməd bin Salmanın Yəməndə qalib gəlməsi mümkün deyil, ona görə də danışıqlar üçün əlverişli zamandır. Məhəmməd bin Zayedin çoxlu cəbhəsi var. Gərgin bir yay oldu. Ümid edirəm ki, tətilinizdən zövq alırsınız", - e-poçtda qeyd olunub.
Qeyd edək ki, Türkiyə 2017-ci ildə Körfəz böhranı zamanı Qətərə hərbi və siyasi dəstəyini artırıb. Bu dəstək Doha administrasiyasının regional blokadaya qarşı təcrid olunmasının qarşısını alan vacib amillərdən biri hesab olunur.

Roza
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın




































