Yamal rəqibə hücum etdi - VİDEO
Bizi izləyin

İdman

Yamal rəqibə hücum etdi - VİDEO

"Barselona"nın hücumçusu Lamin Yamal La Liqanın 24-cü turunun "Jirona" ilə oyununda ona kobud müdaxilə edən rəqib yarımmüdafiəçi Joel Roka ilə mübahisə edərək insidentə səbəb olub.

Publika.az xəbər verir ki, görüşün 90+9-cu dəqiqəsində baş verən qalmaqallı epizoddan sonra meydanda kütləvi qarşıdurma yaranıb. Yamal təhlükəli müdaxilə ilə bağlı Rokadan izahat tələb etmək üçün dərhal ayağa qalxıb.

Bu epizod ulduz futbolçu üçün ciddi zədə riski yarada bilərdi. "Barselona"nın hücumçusunun dava etməsinin qarşısını almaq üçün komanda yoldaşları onu bir neçə dəfə saxlayıblar. Nəticədə Joel Roka birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, Yamal komandasının səfərdə məğlub olduğu görüşdə (1:2) təyin olunan penalti zərbəsini qola çevirə bilməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm