İdman
Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik - Kamilo Duran
"Qarabağ"ın futbolçusu Kamilo Duran Bakıda "Nyukasl"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, o, İngiltərə təmsilçisi ilə qarşılaşma barədə bunları deyib:
“Sabah tarixi oyun olacağının fərqindəyik. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik, var gücümüzlə mübarizə aparacağıq. İngiltərə klubları çox sürətlidirlər. “Çelsi” və “Liverpul”la oyunlarda bunu hiss etdik. Bu məqamla uyğunlaşmağa çalışacağıq”.
Cari mövsümdə 4 dəfə fərqlənən forvard əfsanəvi həmyerliləri Radamel Falkao və Cekson Martinezin ÇL-də 5 və daha çox qol vurmaq rekordunu təkrarlamaq istədiyini bildirib:
“Buna hazıram. İstəyim budur. Bütün həftə boyu “Nyukasl”la oyun üçün hazırlaşmışıq. Qol vurmağı və bu nailiyyəti təkrarlamağı hədəfləyirəm”.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Heybət
-
Hadisə09:10Azərbaycanda müğənni faciəli şəkildə həyatın itirdi - FOTO
-
Yaxın Şərq09:00İraqda ABŞ qırıcısını bu ölkə vurubmuş... - Etiraf
-
Dünya08:12Dəhşətli anlar: təyyarənin qapısı uçuş zamanı qopdu
-
Dünya07:47Anasının dəfn mərasimində məşhur model güllələndi
-
ABŞ04:14ABŞ və Venesuela diplomatik münasibətləri bərpa etdilər
-
MDB03:13Rusiya mediası Prezidentin İranın dron hücumu ilə bağlı bəyanatından yazır - Foto
-
Nida Xəbər 02:36İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"


























.jpg)



.jpg)






