İdman
"Nyukasl"ın baş məşqçisi “Qarabağ”la bağlı görün nə deyib
"Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib.
Publika.az xəbər verir ki, bunu "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Oların "Liverpul" və "Çelsi komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda davam etdirmək istəyirik".
Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib:
"Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".
E.Hau Ağdam təmsilçisinin heyətində xüsusi fərqləndirə biləcəyi futbolçuların olmadığını vurğulayıb:
"Bu barədə nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq. Düşünürəm ki, istədiyimiz nəticəni qazana biləcəyik".
O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür:
"Bir mütəxəssis əgər baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Düzdür, onun barəsində dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin25 Mart 19:50Məşhur ulduzun qolları qandallandı










.jpg)
















.jpg)



.jpg)






