İdman
Əfsanəyə bu cəza verildi
2025-ci ilin oktyabr ayında Kiyev “Dinamo”sunun və SSRİ milli komandasının keçmiş yarımmüdafiəçisi İvan Yaremçukun Krakov hava limanında həbs edildiyi haqda məlumat vermişdik. Yaremçuk təxminən altı həftə Polşa həbsxanasında keçirib.
O, oktyabrın 10-da, Ukrayna və Azərbaycan arasında oyundan bir gün əvvəl Belçikadan Polşaya uçub. Yaremçuk futbol biznesi ilə məşğul olub – adətən milli komandaların oyunlarından əvvəl onlar veteranların oyununu təşkil edirlər.. Lakin Krakov hava limanında İvan gözlənilmədən polis tərəfindən həbs edilib.
Publika.az xəbər verir ki, Yaremçuk cinayət işinin təfərrüatlarını bölüşməkdən imtina edib.
Amma etiraf etdiyi yeganə şey, işin 2022-ci ildən 2023-cü ilə qədər yaşadığı Praqadakı həyatındakı hadisələrlə əlaqəli olmasıdır.
“Etdiyim əməldən utanıram. Bu, bir xəstəlikdir, bunu özünüz də bilirsiniz”, – İvan Yaremçuk təxminən 20 ildir tanıdığı “Champion”un müxbirinə deyib .
Məhkəmə prosesi bu yaxınlarda başa çatıb. 64 yaşlı Yaremçuk qiyabi olaraq məhkum edilib. Yaremçuk altı ay şərti cəza alıb. Həmçinin onun iki il müddətinə Çexiya Respublikasına girişinə qadağa qoyulub.
İvan Yaremçuk Belçikada ukraynalı qaçqın kimi yaşayır. Bundan əvvəl o, bir il yarım Çexiyada yaşayıb. Kiyev “Dinamo”sunun keçmiş futbolçusu 2022-ci ilin mart ayında, 60 yaşı tamam olanda ölkəni tərk edib. Yaremçuk uzun illər qumar asılılığından əziyyət çəkib – daşınmaz əmlakı da daxil olmaqla bütün sərvətini kazinolarda itirib.
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik


































