İdman
Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kolumbus"a azərbaycanlı futbolçu gəlir
"Hazırda bizim akademiyamızda çalışan Vodim Krilov "Kolambus Kryu"nun qapıçısı olub. O, komanda ilə MLS çempionu olub. Vodimlə bu barədə danışmışam. Ona dedim ki, "Kolumbus"a azərbaycanlı futbolçu gəlir, ona nə köməklik lazım olsa, edərik".
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda ABŞ-da yaşayan Elşən Qəmbərov hücumçu Nəriman Axundzadənin "Qarabağ"dan "Kolumbus Kryu"ya transferini dəyərləndirərkən deyib. "BridgeView" (Nyu-York) futbol akademiyasının prezidenti və baş məşqçisi olan mütəxəssis 21 yaşlı futbolçuya dəstək olmağa hazır olduğunu bildirib. Qəmbərov qeyd edib ki, Nərimanın MLS təmsilçisində uğurlu olması ilk növbədə onun özündən asılıdır:

"Nərimana uğurlar arzu edirəm. İnşallah onun üçün düşərli olar. Amma özündən çox şey asılıdır. İlk növbədə ingilis dilini yaxşı bilməlidir. Ola bilər ki, bilir, amma nəzərə almalıdır ki, ABŞ-da dil məsələsi çox önəmlidir. Bu ona özünü doğrultmaq və uyğunlaşmaq baxımından kömək edəcək. Nəriman fiziki cəhətdən yaxşı vəziyyətdə görünür. Mənə elə gəlir ki, onun üçün hər şey yaxşı olacaq".
Bir vaxtlar Özbəkistanda legioner həyatı yaşamış Elşən Qəmbərov ABŞ-a transferi ilə özü kimi ilkə imza atan Nərimanın uğurlu olmasını ürəkdən istədiyini deyib:
"O, ABŞ-da oynayan ilk azərbaycanlı olacaq. Mən də Özbəkistanda legioner kimi çıxış edən ilk azərbaycanlı idim. Məndən sonra da orada heç kim çıxış etməyib. Amma mənim üçün düşərli olub. Ona görə ürəkdən istəyirəm ki, Nəriman da burada uğurlu olsun. Bu il ABŞ-da dünya çempionatı keçiriləcək. Bu, o deməkdir ki, futbol daha da populyarlaşacaq. Nəriman da bu məqamdan istifadə etməlidir".
Heybət
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin25 Mart 19:50Məşhur ulduzun qolları qandallandı










.jpg)
















.jpg)



.jpg)






