İdman
Falkaoya çatmaq istəyən Duran və təhlükəli iki ingilis - "Qarabağ"- "Nyukasl" matçının detalları
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" "Nyukasl"ı qəbul edəcək. Bu oyuna maraq böyükdür. Qarşılaşmanın günün digər 3 oyunundan daha tez başlaması bu məqama təsir edir.
Bütün Avropa turnirin sürpriz iki komandasından biri olan "Qarabağ"ı müzakirə edir. Ağdam təmsilçisinin İngiltərə komandası ilə görüşünə "köhnə qitə"də ciddi yaşanırlar.
Belə məqamda bir sıra detalları araşdırmaq maraqlı olar. Elə bunu nəzərə alaraq qarşılaşma ətrafındakı bir sıra vacib detallara diqqət ayırdıq.
- Bu görüş Azərbaycan və İngiltərə klublarının Avropa kuboklarında 10-cu dueli olacaq. Təmsilçilərimizlə 9 dəfə qarşılaşan "dumanlı albion" klubları (hamısı "Qarabağ"a qarşı olmaqla) heç vaxt məğlub olmayıblar - 8 qələbə, 1 heç-heçə
- "Nyukasl" "Qarabağ"la oyun üçün rekord - 4070 kilometr yol qət edib. Bu "ağ-qaralar"ın Çempionlar Liqası tarixində ən uzun səfəri olub.
- Çempionlar Liqasında bu mövsüm ilk iki oyununu qazanan "Qarabağ", sonrakı 6 qarşılaşmada cəmi bir qələbə əldə edib. Digər 5 görüşdə 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.
- Çempionlar Liqasındakı son 6 oyunun hər birində qapısında 2 və ya daha çox qol görən "Qarabağ", bu mövsüm "Kayrat"dan (22 qol) sonra turnirdə ən çox qol buraxan komandadır - 21.
- Bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsindəki 8 cütlük arasında hər iki tərəfin də ilk dəfə pley-offda çıxış etdiyi yeganə qarşılaşma "Qarabağ" - "Nyukasl" cütüdür.
- Bu mövsüm turnirdə 4 qələbəsi olan "Nyukasl" bu oyunda da qalib gəlsə, Eddi Hau bir mövsümdə ən çox qələbə qazanan ingilis məşqçilərin - Bobbi Robson və Qrem Potterin rekorduna şərik olacaq.
- "Nyukasl"ın bu mövsüm Çempionlar Liqasında vurduğu qolların 76%-də (13/17) Entoni Qordon (6 qol, 2 asist) və ya Harvi Barnsın (5 qol, 1 asist) payı var.
- "Qarabağ" forması ilə bu mövsüm 4 qol vuran Kamilo Duran, turnirin bir mövsümündə 5+ qol vuran 3-cü kolumbiyalı olmağı hədəfləyir. Ondan əvvəl bunu Cekson Martines və Radamel Falkao bacarıb.
- Bu mövsüm "Nyukasl"ın heyətində rəqib müdafiəsini yaran ən çox ötürmə verən oyunçu yarımmüdafiəçi Bruno Qimaraeşdir - 13. O, bu göstəricidə yalnız Coşua Kimmix (16) və Coi Veermandan (15) geri qalır. Amma Bruno "Qarabağ"la görüşlərdə zədə səbəbilə iştirak etməyəcək.
Heybət Məmmədov
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır
-
İqtisadi gündəm10:51Yenilənmiş 100 manatlıq pul nişanı buraxılır - FOTO
-
Region10:00Qərbin Cənubi Qafqazda planı budur - Lavrovdan sensasion iddia
-
Dünya09:48Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
-
Dünya09:12Qərb çəkilir: Moskva və Pekinin qlobal nizamı dəyişdirmək planı bəlli oldu
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi





































