İdman
Əfsanə onun hərəkətinə əsəbiləşdi: Başı yerindədir?
Niderland millisinin sabiq ulduzu Uesli Sneyder Çempionlar Liqasında “Real”ın “Benfika” üzərində qələbə qazandığı görüşdə (1:0) argentinalı müdafiəçi Nicolas Otamendi ilə braziliyalı hücumçu Vinicius Junior arasında yaşanan gərginliyə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Sneyder Otamendinin davranışını uşaqvari adlandırıb və onun psixoloji durumunu sual altına alıb:
“Onun başı yerindədirmi? Mən Vinisiusun yerində olsaydım, belə cavab verərdim: “Sənə dünya çempionatını Messi qazandırdı, sənin bununla heç bir əlaqən yoxdur” Niyə o, bunu “Real”ın futbolçusuna qarşı edir? Vinisiusun neçə Çempionlar Liqası qazandığını bilirmi? Ona trofeylərini göstərir?”
Bu tənqid Otamendinin matç zamanı irqi təhqirlərlə bağlı protokol səbəbindən yaranan fasilə zamanı Vinisiusun qarşısında dünya çempionatı, Finalissima və Amerika Kuboku ilə bağlı döymələrini nümayiş etdirməsindən sonra səsləndirilib. Sneijder bu davranışı yersiz və hörmətsiz hesab etdiyini bildirib.
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?











.jpg)























